Noyabrın 4-dən 15-dək Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə ənənəvi Xalq Teatrları Festivalı keçiriləcək.

Xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrinin işinin daha səmərəli təşkili, gənc nəslin özfəaliyyət teatr kollektivlərinə cəlb edilməsi və həvəskar teatrların fəaliyyətinin dövrün tələblərinə uyğun qurulması məqsədilə keçirilən budəfəki festival ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.
Hər il bir mövzunu əhatə edən baxış-müsabiqədə bu dəfə uşaq ədəbiyyatı ön plana çəkilib. Festivalda Bakı Uşaq Teatrının “Günay” studiyası, Binə qəsəbə Mədəniyyət mərkəzi, Nizami adına Mədəniyyət mərkəzinin Mərdəkan xalq teatrı - ümumilikdə 19 mədəniyyət müəssisəsindən 21 kollektivin iştirakı gözlənilir. Səhnə işlərini Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Könül Axundova, Əməkdar artist, dosent Azad Şükürov, Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Atababa Hacıbabayev, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Aydın Əzimovdan ibarət münsiflər heyəti dəyərləndirəcək.
Fərqlənən kollektivlər fəxri diplom və mükafatlarla təltif olunacaqlar. Bundan başqa, qalib tamaşanın müntəzəm olaraq paytaxt və həmçinin respublikanın müxtəlif mədəniyyət mərkəzlərində nümayişi təşkil olunacaq.
Nizami adına Mədəniyyət sarayında hər gün saat 10-dan 18-dək nümayiş olunacaq tamaşalara giriş sərbəstdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar