Xəbər verdiyimiz kimi, oktyabrın 28-dən Bakıda Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “2+1” eksperimental teatr festivalı keçirilir. İkinci dəfə keçirilən festivalda ölkənin səkkiz teatr kollektivi doqquz tamaşa ilə iştirak edir.
Oktyabrın 30-da Azərbaycan Teatr Xadimləri İttifaqında teatrşünasların iştirakı ilə dəyirmi masa təşkil edilib. Tədbirdə ATXİ-nin sədri, Xalq artisti Azər Paşa Nemətov, teatrşünas Vidadi Qafarov, Bakı Uşaq Teatrının direktoru və baş rejissoru İntiqam Soltan, festivalda nümayiş etdirilmiş tamaşaların rejissorları çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər. Dəyirmi masada festivalın ikinci günü nümayiş etdirilmiş F.Kafkanın “Varyete” tamaşası (Bakı Uşaq Teatrı) müzakirə olunub. Azər Paşa Nemətov gənclərə istər səhnə, istər də aktyor oyunu baxımından daha çox yeni ampluada, novator və avanqard üslubda əsərlərin səhnəyə gətirilməsini tövsiyə edib.
Oktyabrın 31-də festival çərçivəsində ATXİ-nin səhnəsində Mingəçevir Dövlət Dram Teatrı aktyorlarının təqdimatında türk yazıçısı Turqay Narın “Zibillik” tamaşası nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar