Bakıda keçirilən III Beynəlxalq Forumun iştirakçıları arasında Azərbaycan əsilli fransız aktyoru Rober Osseyn də var. Valideynlərinin Azərbaycan torpağından olduqlarını deyən aktyor bununla qürur duyduğunu bildirib: “Burada gördüklərim məndə böyük təəssüratlar yaratdı. Çünki burada bütün dinlərin və xalqların nümayəndələri bir ailə kimi yaşayırlar. Fəxr edirəm ki, mən də bu xalqın bir parçasıyam”.
Aktyor Azərbaycanda insani münasibətləri, qadınlara olan hörməti bütün dünyaya göstərmək üçün tamaşa hazırlamağı düşünür. O, tamaşanın çariça Tomrisin timsalında Azərbaycan qadınına həsr olunacağını diqqətə çatdırıb: “Tamaşa lap qədimdən müasir dövrümüzə qədər Azərbaycan cəmiyyətində qadının rolundan bəhs edəcək. Səhnə əsərinin hazırlanmasında Azərbaycan dövləti və Heydər Əliyev Fondunun dəstəyinə də ümid edirəm. Azərbaycanda qadına olan ehtiramı dünya ictimaiyyətinə çatdırmağı özümə borc bilirəm. Əsas amalım odur ki, bu tamaşanı Parisdə nümayiş etdirim”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar