Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Əmir Teymur” adlı yeni tamaşanın məşqləri gedir. Böyük dramaturq Hüseyn Cavidin “Topal Teymur” pyesi əsasında dövlət sifarişi ilə hazırlanan səhnə əsərinə Mehriban Ələkbərzadə quruluş verir.
Tamaşanın quruluşçu rəssamı İlham Əsgərov, geyim üzrə rəssamı Aygün Mahmudova, bəstəkarı Aygün Səmədzadədir. Əsas rolları Xalq artisti Rafiq Əzimov (Şeyx Buxari), əməkdar artistlər Abbas Qəhrəmanov (Əmir Teymur), Mətanət Atakişiyeva (Dilşad), Kazım Həsənquliyev (Divan bəyi), Münəvvər Əliyeva (Meliça), Elşən Rüstəmov (Əlipaşa), Kazım Abdullayev (Şair Kirmani), Mirzə Ağabəyli (Keşikçi-növbətçi), aktyor Rövşən Kərimduxt (Aqbuğa) və başqaları ifa edirlər. Premyera dekabr ayına planlaşdırılır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar