Gerçəkliklə ilğım arasında şən bir ünsiyyət

Noyabrın 11-də Gənc Tamaşaçılar Teatrında “Cırtdan” festivalının daha bir iştirakçısı - İtaliyanın Verde Burattini Teatrının təqdimatında “Bir kral var idi...” tamaşası göstərildi. Əsərin ssenari müəllifi Andrea Kalabretta, rejissoru Françesko Mattionidir.

Tamaşanın iştirakçıları Françesko Mattioni, Andra Kalabretta, Veronika Olmi, Emaneul Kayati, Fulvio Koen, səhnə dizaynerləri Mariya Siqnorelli, İzabellav Montani, Aleksandro Riçi və İmmanue Luzatti idi. Səs və işıq effektləri Enriko Besiuççiyə aiddir.
Tamaşada dünya şöhrətli bəstəkarlar Cüzeppe Verdi, Coakinno Rossini, Volfqanq Amadey Motsartın musiqisindən və “Beatles” qrupunun mahnılarından istifadə olunub. Hiss olunurdu ki, rejissor ciddi opera əsərlərindən müəyyən parçaları kuklalara ifa etdirmək üçün çox çalışıb. Amma o da aydındır ki, kuklaların öz aləmi və onların nə edəcəkləri əvvəlcədən bəlli olmaz.
Teatrın bu fantasmaqorik karnavalı zaman və məkan içində müxtəlif dövrlərə, mədəniyyətlərə musiqi vasitəsilə edilən bir səyahət kimi başa düşülür. Çünki tamaşada qurbağa Nina Saymonun səsi ilə caz versiyalarını, donuzların xoru Motsartın, “Yatmış gözəl” isə Moris Ravelinin musiqisini ifa edir.
Eyni zamanda tamaşada bəzi məşhur nağıllardan, klassik opera ariyalarından və estrada mahnılarından məzəli bir səhnə yaradılıb. Bununla da rejissor səhnə ilə tamaşaçılar, gerçəkliklə ilğım arasında şən bir ünsiyyət qurmağa nail olub.

S.Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar