Akademik Milli Dram Teatrı yeni layihə həyata keçirir. Teatrda xeyriyyə məqsədilə tamaşalar nümayiş olunur. Layihə çərçivəsində hər həftə uşaq evləri üçün pulsuz tamaşa oynanılır. Ötən həftə teatrda Bakının ətraf rayonlarında yerləşən uşaq evləri üçün “Danışan gəlincik” (A.Şaiq) və “Qaraca qız” (S.S.Axundov, səhnələşdirən A.Şaiq) tamaşaları nümayiş olunub.
“Danışan gəlincik” nisbətən kiçik yaş qrupları üçün, “Qaraca qız” tamaşası isə orta və yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub. Hər iki səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
Tamaşalardan sonra teatrın foyesində aktyorlarla görüş təşkil edilib, viktorinalar, oyunlar keçirilib, uşaqlara müxtəlif hədiyyələr paylanıb. Uşaqlar sevimli aktyorları ilə fotoşəkillər çəkdiriblər. Xatirələrinə əbədi həkk olunan həmin gün əsl uşaqlar üçün hadisəyə, bayrama çevrilib. Akademik Milli Dram Teatrı gələcəkdə də bu istiqamətdə işləri davam etdirməyi planlaşdırır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar