Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə paytaxtın mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının festivalı keçirilib.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təşkil edilən festivalın məqsədi xalq teatrlarının işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi və onların fəaliyyətini dövrün tələblərinə uyğun qurmaqdır. Festival 4-11 noyabr tarixində Mərdəkan qəsəbə Mədəniyyət sarayında keçirilib.
Sənət bayramında 19 mədəniyyət müəssisəsindən 21 kollektiv iştirak edib. Festivala qatılan xalq teatrları və dram dərnəklərinin həvəskar üzvləri arasında müxtəlif peşələrə sahib olan insanlar - bağça müəlliməsi, ticarət işçisi, təqaüdçü, musiqiçi, kitabxana işçisi, polis əməkdaşı və hətta evdar qadınlar da var. Ümumilikdə festivala 220 iştirakçı qatılıb. 121 iştirakçı məktəbli, 19 iştirakçı tələbə, 57 nəfər mədəniyyət müəssisəsinin işçisi, 23 nəfər isə həvəskar iştirakçı olub.
Festivalın münsiflər heyəti tamaşaları qiymətləndirərək qalibləri müəyyən edib. Qran-pri mükafatına Şüvəlan qəsəbə Mədəniyyət evinin dram dərnəyi ("Gopçu Qərib divlər diyarında" tamaşası) layiq görülüb. I yeri Bakı Uşaq Teatrının “Günay” studiyası (“Su pərisi” tamaşası), II yeri Nizami adına Mədəniyyət mərkəzinin “Mərdəkan" xalq teatrı (“Qış nağılı” tamaşası), III yeri isə Zirə qəsəbə Mədəniyyət mərkəzinin dram dərnəyi (“Zaman axtarışında” tamaşası) tutub.
Bundan əlavə, festivalda fəal iştirakına görə mədəniyyət ocaqlarına fəxri fərmanlar və müxtəlif nominasiyalar üzrə xüsusi diplomlar təqdim olunub. Qalibləri münsiflər heyətinin üzvləri və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev təltif edib.
Sonda festivalın qalibi - Şüvəlan qəsəbə Mədəniyyət evinin dram dərnəyinin hazırladığı "Gopçu Qərib divlər diyarında" tamaşası nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar