Vasili Safonov adına Şimali Qafqaz Dövlət Akademik Filarmoniyasının böyük zalında Cüzeppe Verdinin 200 illik yubileyi münasibətilə dahi bəstəkarın “Traviata” operasının premyerası olub.

Yeni quruluşda səhnələşdirilən tamaşanın musiqi rəhbəri və dirijoru, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Prezident mükafatçısı Əyyub Quliyevdir.
Dirijor bildirib ki, səhnə əsərinin quruluşçu heyəti - rejissor Andrey Noqin, geyim üzrə rəssamı Mariya Pavlova, xorun rəhbəri Alina Muxamedjanova, xoreoqraf Nina Klepneva və V.Safonov adına Akademik Simfonik Orkestr və xor kollektivi tamaşanın uğurlu alınması üçün böyük əmək sərf ediblər. Tamaşanın bədii rəhbəri V.Safonov adına Şimali Qafqaz Dövlət Akademik Filarmoniyasının direktoru, Rusiyanın Əməkdar incəsənət xadimi Svetlana Berejnayadır.
Rusiyanın cənub regionunda ilk dəfə olaraq tamaşaya qoyulan “Traviata” operası musiqisevərlər arasında böyük rezonans doğurub. Operanın nümayişindən sonra dinləyicilər kollektivi ayaq üstə alqışlayıblar.
Azərbaycanlı dirijorun sözügedən filarmoniya ilə növbəti layihəsi 2014-cü ilin yanvar və noyabr aylarına planlaşdırılır. Bu dəfə S.Raxmaninovun “Aleko” və P.Çaykovskinin “Yevgeni Onegin” operaları yeni quruluşda təqdim olunacaq.
Əyyub Quliyev müxtəlif vaxtlarda London Kral filarmonik orkestri (İngiltərə), “Olimpiya” (ABŞ), Toskanini (İtaliya), Vyana kamera orkestri və digər dünya şöhrətli kollektivlərə dirijorluq edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar