H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında “Daşdəmirin nağılı” adlı tamaşa hazırlanıb.
Azərbaycan xalq nağılının motivləri əsasında balaca tamaşaçılar üçün hazırlanan səhnə əsəri noyabrın 23-24-də teatrsevərlərin ixtiyarına veriləcək. Səhnə əsərinin quruluşçu rejissoru Vasif Məmmədov, quruluşçu rəssamı Nizami Dadaşov, baletmeysteri Vüsal Mehrəliyev, musiqi tərtibatçısı Telman Qəniyevdir.
Rolları Fuad Kazımov, Yeganə Məmmədəliyeva, Mətanət Əmirquliyeva, İlqar İbrahimov, Rövşən Əsgərov, Vaqif Şəmsizadə, Dağlar Rüstəmov, Fazilə Rzayeva, İlahə Səfərova ifa edirlər.
Yaradıcı kollektiv daha bir tamaşanın məşqlərinə başlayıb. “Dərviş və ölüm” adlı tamaşa psixoloji dram janrındadır. Vaqif Vəlixanlının səhnələşdirdiyi əsərin quruluşçu rejissoru Əməkdar artist Namiq Şirməmmədov, rəssamı Arif Müzəffərov, musiqi tərtibatçısı Telman Qəniyevdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar