Noyabrın 27-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, AMEA Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Teatr Xadimləri İttifaqı və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə "Azərbaycan teatrı - 140" mövzusunda elmi-praktiki konfrans keçiriləcək.
Tədbirdə sənətşünaslıq doktoru Məryəm Əlizadə "Klassik dramaturgiyanın çağdaş rejissor yozumu: örnəklər", sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov "Üç əsrdən keçən teatr: çağdaş mənzərəsi və portretlər", Teatr Xadimləri İttifaqı yaradıcılıq şöbəsinin müdiri Çingiz Ələsgərli "Azərbaycan teatrının inkişafında aktyor məktəblərinin rolu" mövzularında elmi məruzələrlə çıxış edəcəklər. Konfransda Dövlət Teatr Muzeyinin təqdimatında milli teatr tarixinə həsr olunmuş videoçarxlar nümayiş etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar