Noyabrın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında İranın teatr xadimləriylə birgə yeni teatr əlaqələrinin qurulması və qarşılıqlı səfərlərin təşkili ilə bağlı mətbuat konfransı keçirildi. Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov, İran İslam Respublikası Teatr idarəsinin baş müdiri Qadir Aşna, baş müdirin müavini Mehdi Şafei və Tehran Şəhər Teatrının direktoru Atabəy Nadirinin iştirak etdiyi tədbirdə əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyi vurğulandı.
İsrafil İsrafilov iki ölkə teatrları arasında əlaqələr barədə məlumat verdi: “İran teatrı bu gün dünyada inkişaf etmiş teatrdır. Biz istərdik ki, İran teatrları ilə əlaqələrimiz möhkəm olsun. Bu əlaqələr dramaturq-pyes mübadilələrindən, teatr tənqidçilərinin dəyirmi masalarının təşkilindən, rejissorların əlaqələri və sairdən ibarət ola bilər”.
İran Teatr İdarəsinin baş müdiri və heyətin rəhbəri Qadir Aşna ölkəsinin teatrları, dövlət-teatr münasibətləri haqqında fikirlərini bildirdi. Bu formatlı əlaqələrin teatrların inteqrasiyası baxımından vacibliyini qeyd etdi: “Bizim Azərbaycanla mədəniyyət, tarix sahəsində əlaqələrimiz var. İstərdik ki, bu əlaqələr daha da inkişaf etsin. Azərbaycan teatr xadimləri tez-tez Təbrizə, Tehrana, İsfahana səfərlər edirlər. İstərdik ki, əlaqələrimizin ömrü uzun olsun. Gələcəkdə bizim teatrların qastrol səfərləri olacaq, ustad dərsləri təşkil edəcəyik”.
Sonra həyata keçirilməsi planlaşdırılan cari və perspektiv layihələr haqqında məlumat verildi, fikir mübadiləsi aparıldı. Əldə olunan razılığa əsasən, iki ölkənin teatrları arasında qastrol səfərlərinin, rejissor, aktyor, rəssam, həmçinin pyes mübadiləsinin həyata keçirilməsi, birgə layihələrin gerçəkləşdirilməsi planlaşdırılır.

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar