Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov və baş rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanov Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının təqdimatı ilə K.S.Stanislavski adına mükafata layiq görülüblər.
Teatrın direktoru bu mükafatı Azərbaycan-Rusiya teatrları arasında qarşılıqlı yaradıcılıq əlaqələrinin inkişafındakı xidmətlərinə və qastrol səfərlərinin təşkili sahəsində göstərdiyi yüksək təşkilatçılıq qabiliyyətinə görə alıb. Baş rejissor isə İsveç dramaturqu L.Nurenin “Mən gəldim, qızlar!” (“Müharibə”) tamaşasına verdiyi yüksək səviyyəli quruluşa görə təltif olunub.
Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi bu ilin sentyabr-oktyabr aylarında Rusiyada - Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında və Kalmıkiya Respublikası Milli Dram Teatrında qastrol səfərində olub və üç uğurlu tamaşa ilə çıxış edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar