Azərbaycanın balet ulduzları - respublikanın Əməkdar artisti, Rusiyanın Böyük Teatrının solisti Çinarə Əlizadə və tərəf-müqabili Ülvi Əzizov bu dəfə Latviya səhnəsinə çıxacaqlar. Sənətçilərimiz dekabrın 16-da Liepayskom, 17-də isə "Yuras vartı" teatrında Milad bayramına həsr olunmuş qala konsertdə çıxış edəcəklər. Konsertdə eston, polyak və digər məşhur balet məktəblərindən seçmə nümunələr nümayiş olunacaq. Proqrama həmçinin "Don Kixot", “Jizel,"Korsar”, “Şelkunçik” kimi klassik balet incilərindən parçalar da daxil edilib.
Çinarə Əlizadə Moskvada anadan olub. Moskva Dövlət Xoreoqrafiya Akademiyasında təhsil alıb. Paralel olaraq tamaşalarda aparıcı partiyaları ifa edib, Böyük Teatrın səhnəsində, P.İ.Çaykovskinin "Şelkunçik” baletində aparıcı obrazlardan birini - Maşanın partiyasını oynayıb. Sonra Böyük Teatrın balet truppasına dəvət olunub, balet artistlərinin Moskvada təşkil olunan beynəlxalq müsabiqələrində fərqlənib.
Ülvi Əzizov 1985-ci ildə Bakıda anadan olub. Xalq artisti, tanınmış rəqqas Rafiq Əzizovun oğludur. Bakıı Xoreoqrafiya Məktəbinini bitirdikdən sonra ailəsi ilə Türkiyəyə köçüb, klassik balet üzrə təhsilini orada davam etdirib. “Dünyanın gənc baletmeysteri" adlı beynəlxalq müsabiqəsində uğurlu çıxışdan sonra Yuri Qriqoroviçin təşkil etdiyi gənc baletmeysterlər müsabiqəsində də uğur qazanıb. Azərbaycanla yanaşı, Fransa, İtaliya, Yunanıstan, Ukrayna, Rusiya, ABŞ və s. ölkələrdə uğurla çıxış edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar