Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Əli Əmirlinin “Hasarın o üzü” pyesi əsasında yeni tamaşa hazırlanır. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi tamaşa bir ailə daxilində, dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə versiyası olaraq düşünülüb. Dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir. Ailə üzvləri bir-biri ilə kəskin və amansız mübarizəyə qoşulur.
Yeni səhnə əsərinin bədii tərtibatçısı Əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Rolları xalq artistləri Həmidə Ömərova (Humay), Nurəddin Mehdixanlı (Qərib), teatrın gənc aktrisaları Günel Məmmədova, Şəbnəm Hüseynova, Asya Atakişiyeva və Səbinə Məmmədova ifa edəcəklər. Tamaşanın premyerası dekabrın 21 və 22-də baş tutacaq.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar