Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tanınmış bəstəkar, pedaqoq, professor, Əməkdar incəsənət xadimi Fərəc Qarayevin “Qobustan kölgələri” baleti göstəriləcək. Teatrın mətbuat xidmətindən bildiriblər ki, tamaşa Fərəc Qarayevin 70 illiyi münasibətilə təqdim olunacaq.
Xatırladaq ki, balet bu ilin may ayında II Bakı Dünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəni proqramı çərçivəsində Qobustanda açıq səma altında yeni redaksiyada göstərilib və əcnəbi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tamaşanın Fərəc Qarayevin yubileyi günündə göstərilməsi Akademik Opera və Balet Teatrının kollektivinin bəstəkarın yaradıcılığına ehtiramının ifadəsidir.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar