Aktyor potensialının inkişafı, gənclərin səhnəyə gətirilməsi məqsədilə yaradılan studiyalardan biri də H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının nəzdində fəaliyyət göstərir. Tədris müddəti iki il olan kursun məzunlarına sertifikatlar verilir, istedadlılar teatrda işə götürülür.
Teatrın quruluşçu rejissoru Vasif Məmmədovun rəhbərlik etdiyi teatr studiyasında aktyor sənəti, teatr nəzəriyyəsi, səhnə danışığı, rəqs, vokal sənəti üzrə məşğələlər aparılır. Təlimləri teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov, aktyor İlham Səfərli, bəstəkar və dirijor Telman Qəniyev və başqaları aparır.
Studiya rəhbərinin sözlərinə görə, hazırda həvəskarların iştirakı ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” və “Ər və arvad” operettaları, S.Camalzadənin "Həmqulluqlar" əsəri üzərində məşqlər aparılır.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar