Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında böyük rus bəstəkarı Pyotr Çaykovskinin “Şelkunçik” baletinin tamaşası keçiriləcək. Artıq uzun illərdir ki, bu tamaşanın Yeni il ərəfəsində nümayişi teatrda ənənə şəklini alıb. P.Çaykovskinin son dərəcə gözəl musiqisi, maraqlı və zəngin dekorasiya və səhnə kostyumları tamaşanı çox baxımlı edir.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşada əsas rolları Əməkdar artist Samir Səmədov, aparıcı solistlər Nigar İbrahimova və Makar Ferştandt oynayacaq. Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar