Bakının 53 saylı orta məktəbində yazıçı-dramaturq Əli Əmirlinin Akademik Milli Dram Teatrında səhnələşdirilmiş “Şah Qacar” adlı tamaşasının müzakirəsi keçirilib. Müzakirədə tamaşanın quruluşçu rejissoru və rəssamı, Xalq artisti, professor Azər Paşa Nemətov, Şah Qacar rolunun ifaçısı Xalq artisti Fuad Poladov, dramaturq Əli Əmirli, teatrın ədəbi hissə müdiri Atababa İsmayıloğlu və gənc aktyor Anar Heybətov iştirak edib.
Görüşdə Ağa Məhəmməd şah Qacar, onun yaşadığı, fəaliyyət göstərdiyi zaman, tamaşanın hazırlanması, dramaturq işi, rejissor həlli, aktyor oyunu haqqında müəllimlərin və şagirdlərin çoxsaylı suallarına cavab verilib, eyni zamanda gənc tamaşaçıların səhnə əsəri haqqında təəssüratları da dinlənilib.
Maraqlı disput formatında keçən görüş-müzakirənin sonunda Xalq artisti Azər Paşa Nemətov məktəbin rəhbərliyinə, müəllim-şagird kollektivinə təşəkkürünü bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar