Sumqayıt Dövlət Musiqili Dram Teatrı nəzdində fəaliyyət göstərən studiyada yeni tamaşaların məşqlərinə başlanıb. 15 həvəskarın məşğul olduğu kursa teatrın rejissoru Vasif Məmmədov rəhbərlik edir. Onlar hazırda görkəmli Azərbaycan dramaturqlarının əsərlərindən qısa səhnəciklərdən ibarət kompozisiya üzərində çalışırlar.
Bundan başqa, studiya üzvləri Üzeyir Hacibəylinin "Ata və oğul" felyetonu və İran dramaturqu Seyid Məhəmməd Camalzadənin birpərdəli "Həmkarlar" pyesi əsasında iki yeni tamaşa hazırlayırlar. Gənclər həmçinin Ü.Hacıbəylinin "Arşın mal alan" operettasının məşqlərinə də start veriblər.

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar