Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında hazırlanan “Nazirin xanımı” tamaşasının məşqləri yekunlaşmaq üzrədir. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayev, rejissor assistentləri Əməkdar mədəniyyət işçisi Rəfiqə Musayeva və Vüqar Məmmədovdur.
Satirik əsər hər zaman müstəqil olmaq arzusu ilə yaşayan Serbiya və Xorvatiya, bu ölkələrdə baş verən siyasi proseslərin idarə mexanizmi ilə bağlıdır. Partiyadaxili münaqişələrin baş alıb getdiyi ölkəyə yeni baş nazir təyin olunur. Əvvəllər kasıb yaşamış nazirin xanımı ərinin yeni vəzifəsindən xoşhallanaraq bütün nazirliyi özü idarə etməyə başlayır. Kimisini işə düzəldib, kimini işdən çıxaran nazir xanımı beləcə özü də bilmədən ərinin işinə əngəl törədir.
Tamaşada xalq artistləri Bəsti Cəfərova (Jivka), Hacı İsmayılov (Pera), Əməkdar artistlər Tofiq Hüseynov (Ninkoviç), Şəlalə Şahvələdqızı (Dara), Aslan Şirinov (Çeda), Məsmə Aslanqızı (Anka), Əjdər Həmidov (Vasa dayı), Sabir Məmmədov (Rista), Firuz Xudaverdiyev (Müəllim), aktyorlar Vüsal Mutafayev (Raşa), Ləman İmanova (Nata), Əminə Babayeva (Sava xala) və Cümşüd Zeynalov (Jandarm) çıxış edirlər.
Premyera yanvarın 31-nə nəzərdə tutulub.
Xatırladaq ki, bu satirik əsəri Azərbaycanda ilk dəfə 1970-ci ildə görkəmli rejissor Tofiq Kazımov səhnələşdirib. Onun tərcüməsində hazırlanan bu tamaşa ilə yanaşı, müəllifin «Fəlsəfə doktoru» pyesi Azərbaycan Dövlət Rus Dram Teatrında da tamaşaya qoyulub.

 Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar