Ağdam Dövlət Dram Teatrında Süleyman Ələsgərovun (libretto müəllifi Süleyman Rüstəm) “Durna” musiqili komediyası əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub. Teatrın baş rejissoru Kərim Həsənovun quruluş verdiyi səhnə əsərinin musiqi tərtibatçısı Azər Şükürov, rəssamı Elman Balakişiyevdir.
Vokal nümunələri ilə zəngin tamaşada rolları Əməkdar artist Aidə Qasımova, aktyorlar Suliddin Quliyev, Cəfər Bayramov, Elşən Cavadov, Xəyalə Xudadatova, Afaq Əliyeva və başqaları oynayıblar.
Tamaşadan sonra çıxış edən teatrın direktoru Fəxrəddin Hacıbəyli sənət ocağının yaşadılmasına göstərilən qayğıya görə kollektiv adından dövlət başçısına minnətdarlığını bildirib. 2011-ci ildən əsaslı təmir olunan Quzanlı mədəniyyət evində fəaliyyət göstərən teatr M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, M.Füzulinin “Yeddi cam”, İsi Məlikzadənin “Gəl, qohum olaq”, Əli Əmirlinin “Onun iki qabırğası”, Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” və başqa əsərlərlə tamaşaçıların görüşünə gəlib. Hazırda teatrda İlyas Əfəndiyevin “Dəlilər və ağıllılar” pyesi əsasında tamaşanın məşqləri gedir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar