Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində daha iki tamaşa sənətsevərlərin ixtiyarına veriləcək.
Patrik Züskindin “Kontrabas” əsəri əsasında hazırlanan tamaşa fevralın 4-də nümayiş etdiriləcək. Xalq artisti İrina Perlovanın quruluş verdiyi tamaşa həyatda çox sadə mövqe sahibi olan ensiklopedik biliyə malik bir insanın yaşantılarını əks etdirir. Tamaşada qəhrəmanın yeganə ünsiyyət vasitəsi kontrabasdır.
Monotamaşanın ifaçısı Əməkdar artist Şövqi Hüseynovdur. Qeyd edək ki, “Kontrabas” İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən festivallarda mükafatlara layiq görülüb.
Kiçik səhnədə nümayiş olunacaq növbəti əsər M.F.Axunzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası olacaq. Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşa fevralın 6-da təqdim ediləcək. Musiqi tərtibatçısı Xalq artisti Cavanşir Cəfərov, rəqslərin quruluşçuları Zakir və Leyla Ağayevlərdir. Əsas rolları əməkdar artistlər Nofəl Vəliyev, Şövqi Hüseynov, Seyidşah Məmmədov, Leyli Vəliyeva və aktrisa Zülfiyyə Alhüseynova ifa edirlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar