Fevralın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli polyak bəstəkarı Fridrik Şopenin musiqisinə yazılmış “Şopeniana” baletinin premyerası keçiriləcək.
Orkestr işləməsi Aleksandr Qlazunova məxsus olan “Şopeniana” ilk dəfə 1909-cu ildə rus baletmeysteri və pedaqoqu Mixail Fokin tərəfindən səhnəyə qoyulub. Klassik balet sənəti tarixində çox böyük əhəmiyyəti olan “Şopeniana” ilk dəfə baletmeysterlərə rəqs üçün nəzərdə tutulmamış klassik musiqidən balet tamaşalarında istifadə etməyə imkan verib.
“Şopeniana” süjetsiz balet olub, nağıllar dünyasına düşən gənc şairin yuxu və gerçəklik arasındakı vəziyyətini, onun xəfif kədər və xəyallar aləmindəki əhval-ruhiyyəsini ifadə edir.
Premyerada teatrın balet truppasının aparıcı solistləri - xalq artistləri Gülağası Mirzəyev, Kamilla Hüseynova, əməkdar artistlər Rimma İsgəndərova, Yelena Skomoroşenko və gənc balet ustası Yuliya Ferştandt çıxış edəcəklər. Tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar