Azərbaycanla Belarus arasında mədəni əlaqələr uğurla inkişaf edir. Azərbaycan incəsənətinə marağın nəticəsi olaraq Belarus Dövlət Akademik Musiqi Teatrı tərəfindən 2010-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası, 2012-ci ildə Qara Qarayevin “Yeddi gözəl” baleti səhnələşdirilib.
Bu ənənənin davamı olaraq fevralın 16-da Belarus Dövlət Akademik Musiqi Teatrında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun “Min bir gecə” baletinin premyerası keçiriləcək. İki ölkənin əməkdaşlığında əlamətdar mədəniyyət hadisəsi olan premyera ilə bağlı Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva fevralın 15-dən 17-dək Belarus Respublikasında səfərdə olacaq.
Belarusun ölkəmizdəki səfirliyindən verilən məlumata görə, baletə quruluş vermək üçün Azərbaycanın Xalq artisti, quruluşçu-baletmeyster Mədinə Əliyeva, quruluşçu-rəssam İnarə Aslanova və beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev Minskə dəvət olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar