Sankt-Peterburqun “Kolizey Arena” konsert zalında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş etdirilib. Moskvada fəaliyyət göstərən “Dərviş” Azərbaycan teatrı kollektivinin operettanın 100 illik yubileyi münasibətilə səhnələşdirdiyi əsər böyük maraqla qarşılanıb.
“Sankt-Peterburqun Azərbaycan diasporu” regional ictimai təşkilatının rəhbəri Sabir Məsimov, “Dərviş” teatrının baş rejissoru, Azərbaycanın Əməkdar artisti Mərdan Feyzullayev tamaşadan əvvəl çıxış ediblər.
Bildirilib ki, Üzeyir Hacıbəyli “Arşın mal alan” operettasını 1913-cü ildə məhz Rusiyanın şimal paytaxtında tamamlayıb. Azərbaycan mədəniyyətinin incisi sayılan bu əsərin 100 illiyi ötən il UNESCO səviyyəsində qeyd edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar