Xəbər verdiyimiz kimi, “British Council” (Britaniya Şurası) təşkilatının Azərbaycan nümayəndəliyi Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Oskar” mükafatına layiq görülmüş dramaturq Martin MakDonaxın pyesi əsasında "Lineyn trilogiyası" (bir gündə üç tamaşa) tamaşasının premyerasını elan edir. Səhnə əsərləri britaniyalı mütəxəssislərin iştirakı ilə keçirilən təlim proqramı vasitəsilə Azərbaycan teatrlarında çalışan aktyorların və texniki heyətin peşəkarlıq bacarıqlarını artırmaq üçün nəzərdə tutulmuş "Teatr əməkdaşlığı" layihəsi çərçivəsində hazırlanır.
Trilogiya üç pyesi - "Lineynin gözəllik kraliçası", "Konnemarada bir kəllə" və "Yalqız Qərb" əsərlərini birləşdirir. 1994-cü ildə "Lineynin gözəllik kraliçası" və "Yalqız Qərb" "Ən yaxşı pyes" nominasiyasında "Tony Award" mükafatına layiq görülüb.
Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Box azərbaycanlı rejissorlar Ayla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyeva və on iki Azərbaycan aktyoru ilə Gənc Tamaşaçılar Teatrında bu üç “qara” komediyanın səhnələşdirilməsi prosesinə bədii rəhbərlik edir. Trilogiyanın premyerası martın 11-də saat 12:00, 16:00 və 19:00-da Gənc Tamaşaçılar Teatrında göstəriləcək. Tamaşalar Azərbaycan dilində oynanılacaq və teatrın daimi repertuarına daxil ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar