Xocalı soyqırımına həsr edilmiş tamaşa nümayiş olunub

Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki dəmiryolçuların mədəniyyət sarayında yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun Xocalı soyqırımına həsr edilmiş “Xəcalət” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunub.

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə nümayiş etdirilmiş tamaşa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi tərəfindən hazırlanıb.
Tamaşada Qarabağla bağlı Azərbaycan həqiqətləri, erməni qəsbkarlarının əzəli yurd yerlərimizi işğal etməsi, soydaşlarımıza qarşı qırğınlar, qətliamlar həyata keçirməsi bədii obrazlar vasitəsilə canlandırılıb.
Gənclər və yeniyetmələr arasında vətənpərvərlik hisslərinin gücləndirilməsinə xidmət edən tamaşanın nümayişi geniş auditoriya tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” pyesi bu günlər bir sıra mədəniyyət və tədris ocaqlarında nümayiş olunub. Əsər Qafqaz Universitetinin dram dərnəyi üzvləri tərəfindən də səhnələşdirilib. Tamaşaya sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Əliyeva quruluş verib. Tamaşadan sonra müəllif çıxış edərək deyib ki, əsər səkkiz ildir səhnədədir, xarici ölkələrdə də nümayiş olunub. O, rejissora və tələbələrə təşəkkür edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar