Akademik Opera və Balet Teatrı balet truppasının gənc və istedadlı solisti, Prezident mükafatçısı Ayan Eyvazova 17-21 fevral tarixində Almaniyanın Berlin şəhərində keçirilən “Tanzolymp” (“Rəqs olimpi”) beynəlxalq müsabiqəsinin laureatı olub.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə Berlin ABŞ, Yaponiya, Rusiya, Belarus, İtaliya, İspaniya və s. ölkələrin nümayəndələri iştirak edib. Azərbaycan təmsilçisi klassik rəqs nominasiyası üzrə bürünc medal qazanıb.
Ayan Eyvazovanın 19 yaşı var. 2012-ci ildə Bakı Xoreoqrafiya Məktəbini əla qiymətlərlə başa vurub, Mədəniyyət və Turizm Nazirliyinin göndərişi ilə 2012-2013-cü tədris ilində Moskva Dövlət Xoreoqrafiya Akademiyasında staj artırma kurslarında təhsil alıb. 2013-cü ilin sentyabrından Opera və Balet Teatrının balet truppasında çalışır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar