Mərziyyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrının yaranmasının 45-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Mərasimdə şəhər İcra Hakimiyyətinin nümayəndələri, mədəniyyət və təhsil işçiləri, tələbələr iştirak ediblər.

Teatrın direktoru Həsən Həsənov yaradıcı kollektivi və tamaşaçıları təbrik edərək 1969-cu ildə C.Cabbarlının “Almas” pyesi ilə fəaliyyətə başlayan sənət ocağının tarixindən söz açıb. Qeyd olunub ki, yarandığı gündən repertuarında Azərbaycanın klassik və müasir dramaturgiyasını əsas götürən teatr tanınmış xarici ölkə yazıçılarının əsərlərinə də diqqət ayırıb. Teatr Gürcüstan və Dağıstanda qastrol səfərlərində olub, respublika müsabiqələrində, milli teatr festivallarında uğurla iştirak edib. Bu gün Mingəçevir Dövlət Dram Teatrı yerli sakinlərin sevimli mədəniyyət məkanıdır.
Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Şöbəsinin nümayəndələri çıxış edərək teatrın kollektivinə yeni tamaşalarla teatrsevərlərə daim maraqlı anlar yaşatmağı arzulayıblar.
Sonra tanınmış yazıçı-dramaturq Əli Əmirlinin “Mən səni sevirəm” pyesinin tamaşası təqdim edilib. Məktəb həyatından, gənclərin cəmiyyətdə baş verən hadisələrə münasibətindən bəhs edən tamaşa böyük maraqla qarşılanıb. Yubiley mərasimi yerli incəsənət ustalarının və rəqs qruplarının ifasında maraqlı konsert proqramı ilə başa çatıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar