Martın 16-da Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülən mətbuat işçilərinin mükafatlandırılması mərasimi keçirilib.
Fondun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, ölkədə KİV-lərin fəaliyyətinə dövlət dəstəyi daha da artıb, bu sahədə çalışanlar üçün hərtərəfli şərait yaradılıb. Ötən il dövlət başçısının sərəncamına əsasən Azərbaycan mətbuatının 140 illik yubileyi ilə bağlı tədbirlərin yüksək səviyyədə keçirilməsi, 200-dək jurnalistin təltif olunması bunun bariz nümunəsidir.
Fondun icraçı direktoru il ərzində KİV-ə dəstəklə bağlı həyata keçirilən layihələrdən də danışıb. Qeyd edilib ki, 2015-ci ildə fərdi jurnalist yazısı üzrə 11 müsabiqə keçirilib. Budəfəki müsabiqəyə 62 KİV-dən 155 yazı təqdim edilib. 15 istiqamət üzrə 90 jurnalist (1 nəfər birinci, 2 nəfər ikinci, 3 nəfər isə üçüncü yer) mükafata layiq görülüb.
Novruz bayramı münasibətilə mətbuat işçilərini təbrik edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bu cür tədbirlər artıq ənənə halı alıb. Dövlət başçısı İlham Əliyevin və Azərbaycan hökumətinin KİV-in cəmiyyət həyatındakı rolunun artırılmasını daim diqqət mərkəzində saxladığını bildirən Əli Həsənov bundan sonra da bu sahəyə lazımi dəstəyin göstəriləcəyini qeyd edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, mətbuat ölkəmizin uğurlarını dünyada təbliğ etmək məsələsində vacib rola malikdir.
Sonra müsabiqədə 15 istiqamət üzrə birinci yerə layiq görülən jurnalistlər mükafatlandırılıb.
Qeyd edək ki, bir gün öncə KİVDF tərəfindən müsabiqənin 2-3-cü mükafatçıları təltif olunmuşdu.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar