Azərbaycan peşəkar milli teatrının yaranmasının 141-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərdən biri də Qusar Dövlət Ləzgi Dram Teatrında gerçəkləşib. “Yaşadan-yaradan teatr” adlı mərasimdə dövlət tərəfindən teatr sənətimizə diqqət və qayğıdan söz açılıb, ölkə Prezidentinin sərəncamı ilə 10 mart - Milli Teatr Gününün təsis olunmasının teatr təmsilçilərinə böyük ərməğan olduğu vurğulanıb.
Direktor Faiq Qardaşov sənət adamlarını və teatrsevərləri təbrik edib, Qusar Dövlət Ləzgi Dram Teatrının keçdiyi yoldan danışıb. Teatrda bu günədək 100-ə yaxın əsərin səhnə həyatı qazandığı, son illər teatrın inkişafında əsaslı dəyişikliklər baş verdiyi, tamaşaların bədii tərtibatının məzmunlu, rejissor işinin daha dolğun olduğu qeyd edilib. Bildirilib ki, teatr iyun ayında Şəkidə keçiriləcək İlyas Əfəndiyevin 100 illik yubiley tədbirində dramaturqun “Büllur sarayda” əsəri ilə iştirak edəcək.
Daha sonra tədbir teatrın repertuarından seçmə tamaşalardan səhnəciklər və rəqs nömrələrinin təqdimatı ilə davam edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar