Mədəniyyət və turizm naziri Azərbaycan Dövlət Kukla Teatrının kollektivi ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyunun 11-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi ilə görüşüb.

Yeni nəslin estetik və mənəvi tərbiyəsində uşaq teatrlarının rolunu müzakirə etməzdən əvvəl görüş iştirakçıları italyan yazıçısı Karlo Kollodinin "Pinokkio" nağılı əsasında hazırlanmış tamaşaya baxıblar.
Müzakirələrə tamaşadan doğulan təəssüratlarını bölüşməklə başlayan nazir "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının teatrların yaradıcılıq istiqamətinin, repertuar siyasətinin və inkişaf prioritetlərinin müəyyənləşməsində mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, bu gün Azərbaycan əhalisi yeni ictimai, sosial, mədəni mühitdə yaşayır: “Bu şəraitdə sənət əsərlərinə müasir baxımdan yanaşmaq olduqca vacibdir. Uşaqlar üçün səhnə əsərlərinin yaradılması, onların peşəkar ifası çətin və məsuliyyətli işdir. Dövlət Kukla Teatrının yaradıcı kollektivi, teatrın mövcud maddi-texniki bazası uğurlu səhnə əsərləri yaratmağa imkan verir”.
Bununla belə, bir sıra vacib mətləblər də var: “Yüksək estetikaya malik kuklaların yaradılması, teatr pyeslərinin yazılması, peşəkar ifa, əlbəttə ki, balaca tamaşaçıların səhnə əsərinə cəlb edilməsi kompleks şəkildə nəzərdən keçirilməlidir. Unutmaq lazım deyil ki, bu günün tamaşaçısı bir çox mədəni dəyərlər haqqında düşüncələrin formalaşdığı XX yüzilliyin deyil, yeni əsrin, yeni eranın insanıdır. Deməli, biz uşaqlar üçün tamaşalar hazırlayarkən müasir işıq, səs effektlərindən, ən müxtəlif informasiya daşıyıcısı növlərindən, kompüter texnikasından məharətlə istifadə etməyi bacarmalıyıq".
Əbülfəs Qarayev dövlət tərəfindən teatrlara göstərilən diqqət və qayğıdan söz açaraq 7-8 il öncə teatrların təmirinə start verilərkən ilk olaraq məhz Dövlət Kukla Teatrının təmir-bərpa olunduğunu və açılışda Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirak etdiyini xatırladıb: “Bu, dövlətimizin uşaqların inkişafı ilə bağlı hər bir məsələyə həssas yanaşdığının bariz nümunəsidir. Biz bundan sonra da Dövlət Kukla Teatrının problemlərinin həllinə yardımçı olacağıq, amma bununla belə dediyim kimi, müasir mərhələdə teatr kollektivi təşəbbüskar olmalı, daim yaradıcılıq axtarışlarına istinad etməlidir".
Sonra nazir toplantı iştirakçılarının fikirlərini dinləyib, qaldırılan məsələlərə aydınlıq gətirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar