Qazax Dövlət Dram Teatrında tanınmış yazıçı-dramaturq Əli Əmirlinin “Kişi və qadın” komediyası əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış olub. Teatrdan bildiriblər ki, bir aylıq intensiv məşqlər müsbət bəhrəsini verib. Rayon ziyalılarının iştirak etdiyi baxışda tamaşa çox yaxşı qarşılanıb. Müzakirələrdə əsərin dramaturji materialı, peşəkar rejissor işi və istedadlı aktyor oyunu yüksək qiymətləndirilib.
Bütün zamanlar üçün aktual olan kişi və qadın münasibətləri, məhəbbət, sədaqət, etibar və xəyanətdən bəhs edən, ayrı-ayrı teatrlarda dəfələrlə tamaşaya qoyulan bu əsərə Qazax Dövlət Dram Teatrında Xalq artisti Zülfüqar Abbasov çox maraqlı quruluş verib. Tamaşanın rəssamı Səyyad Məmmədovdur. Rolları Saqif İskəndərov, Zəmanə Orucova, Xanım Məmmədova, Hacı Hacıyev və Nazilə Məmmədova ifa ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar