Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun teatr, kino və televiziya şöbəsi “Azərbaycan teatrı: dünəni, bu günü və sabahı” mövzusunda elmi-praktik seminar keçirib.
İnstitutdan bildiriblər ki, seminarda şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov məruzə ilə çıxış edib. O, Azərbaycanın teatr tarixindən söz açaraq Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi görkəmli sənətkarların yaradıcılığından danışıb.
Sonra teatrşünas Könül Əliyeva Azərbaycan teatr tarixində öz dəst-xətti ilə seçilən, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcısı, rejissor Hüseynağa Atakişiyevin yaradıcılığından, teatrşünas Elçin Cəfərov görkəmli rejissor Vaqif İbrahimoğlunun və onun yaratdığı Yuğ Dövlət Teatrından, Əməkdar artist Nofəl Vəliyev rejissor, Xalq artisti Cənnət Səlimovanın sənət dünyasından, teatrşünas Aliyə Dadaşova dünyada mövcud olan “pantomim teatrı” anlayışından və Dövlət Pantomima Teatrının fəaliyyətindən söz açıblar.
Tədbirdə adıçəkilən rejissorlar tərəfindən hazırlanmış tamaşalardan fraqmentlər nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar