Gəncə Dram Teatrının mövsümdə son tamaşası
Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı 119-cu mövsümü başa vurub. Teatrın direktoru Əli Qasımov deyib ki, bu mövsüm kollektiv üçün uğurlu olub. Yaradıcı heyət Amerika Birləşmiş Ştatlarına, qardaş Türkiyəyə uğurlu qastrol səfərləri edib.
Teatr 119-cu mövsümün sonunda Xalq artisti Vaqif Şərifovun quruluşunda görkəmli dramaturq İlyas Əfəndiyevin “Unuda bilmirəm” əsərinin tamaşasını nümayiş etdirib.