Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi 23-25 iyun tarixində Zaqatala, Şəki, Balakən bölgəsində qastrol səfərində olub.
Teatrın mətbuat xidmətindən bildiriblər ki, yaradıcı kollektiv qastrolda Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanmış “Anamın kitabı” dramını və Abdulla Şaiqin “Danışan gəlincik” uşaq tamaşasını nümayiş etdirib. Hər iki tamaşa yerli tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
“Anamın kitabı” tamaşasına H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş verib. Quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, musiqi tərtibatçısı Həmid Kazımzadədir.
Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Tamaşa yüksək ideyasına və dərin məzmununa görə də böyük tərbiyəvi əhəmiyyət daşıyır.
Rolları Xalq artisti Səidə Quliyeva , əməkdar artistlər Sevinc Əliyeva, Ayşad Məmmədov, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Firuz Xudaverdiyev, aktyorlar Anar Heybətov, Hikmət Rəhimov, Ramin Şıxəliyev, Şəhla Əliqızı, Elnar Qarayev, Vüsal Mustafayev, Rəşad Bəxtiyarov oynayıblar.
“Danışan gəlincik” tamaşasının quruluşçu rejissoru Loğman Kərimov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı, rəqslərin quruluşçusu Nigar Güləhmədova, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada Şəhla Əliqızı, Rəşad Bəxtiyarov, Ramin Şıxəliyev, Nigar Güləhmədova, Hikmət Rəhimov, Günel İmanova və Aygün Baxışlı çıxış ediblər.
Teatrın kollektivi iyunun 25-də qastrol səfərini başa vurub Bakıya qayıdıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar