Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Xalq yazıçısı İlyas Əfəndiyevin “Qəribə oğlan” komediyasını tamaşaya hazırlayır. Ədibin 100 illiyi münasibətilə hazırlanan tamaşaya rejissor Adil Zeynalov quruluş verir.
“Qəribə oğlan” görkəmli dramaturqun komediya janrında qələmə aldığı ilk əsəridir. 1973-cü ildə yazılan əsərdə sovet dövrü üçün xarakterik olan xalqlar dostluğu ideyası ön plana çəkilib. Rejissorun fikrincə, kollektiv əsərə yeni prizmadan yanaşmaqla, onu müasir və tamaşaçıları düşündürən çalarlarla zənginləşdirməyə çalışıb.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Zəminə Əliyevadır. Rolları Xalq artisti Qabil Quliyev, aktyorlar Miraslan Ağayev, Qızılgül Quliyeva, Aynur Əhmədova, Allahverən Babayev, Səyyad Əliyev, Emin Fərzullayev və başqaları ifa edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar