Polşalı rejissorun Amaliya Pənahovanın səhnə fəaliyyətinə yubiley hədiyyəsi

Xəbər verildiyi kimi, məşhur polşalı teatr və kino xadimi, rejissor Kşiştof Zanussi Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, Azərbaycanın Xalq artisti, dövlət mükafatları laureatı, sənətşünaslıq doktoru, professor Amaliya Pənahovanın səhnə fəaliyyətinin 50 illiyi münasibətilə “Qadın oyunları” tamaşasını hazırlayıb. Səhnə əsəri Bakı Bələdiyyə Teatrının 23-cü mövsümündə təqdim olunacaq.
İyunun 22-23-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında tamaşanın premyerası olub.
Premyera ilə bağlı keçirilən mətbuat konfransında Amaliya Pənahova, Kşiştof Zanussi, tamaşanın prodüserləri Aqil M.Quliyev və Tomaş Leşinski tamaşa barədə fikirlərini bölüşüblər. Bildirilib ki, Kşiştof Zanussi və Edvard Jebrovskinin pyesi əsasında hazırlanan tamaşa Xalq artistinin yubiley benefisidir. Tamaşada Amaliya Pənahova, Əməkdar artist Səmayə Sadıqova, aktyorlar Tural Ağayev və Zülfiyyə Məmmədova oynayırlar.
İlk dəfə xarici rejissor ilə işlədiyini diqqətə çatdıran Amaliya Pənahova polşalı rejissorla bu beynəlxalq teatr layihəsi barədə il yarım bundan əvvəl danışıqlar aparıldığını vurğulayıb.
Kşiştof Zanussi bu əsərin bir çox ölkələrdə məşhur aktrisaların ifasında səhnəyə qoyulduğunu diqqətə çatdırıb. O, tamaşanın məşqlərinin Polşada aparıldığını qeyd edib. İkihissəli dram məşhur ABŞ və Almaniya aktrisası və müğənnisi Marlen Ditrixin həyatından götürülüb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar