Qax Dövlət Kukla Teatrında Aləmzar Əlizadənin “Toya gecikən tülkü” nağıl-tamaşasına ictimai baxış olub. Tamaşanın quruluşçu rejissoru Yusif Abdurahmanov, rəssamı Əmrah Məmmədovdur. Rolları teatrın aktyorları Aynurə Abbasova, Araz Mehrablı, Azər Kərimov, Zaur Paşayev və başqaları canlandırıblar. Tamaşanın nağılçısı Nuru Mustafayevdir.
Teatrın direktoru Nazim Mahmudov bildirib ki, hazırda fransız yazıçısı Şarl Perronun “Qırmızı papaq” nağılının motivləri əsasında yeni tamaşa hazırlanır. Səhnə əsərinə paytaxtdan dəvət olunmuş rejissor Elşad Rəhimzadə quruluş verir. Tamaşa yeni teatr mövsümünün açılışında balacalara təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar