TÜRKSOY və Samsun Opera və Balet Teatrının əməkdaşlığı ilə məşhur qazax bəstəkarı Mukan Tölebayevin “Birjan və Sara” operasının Türkiyədə qastrol turu başa çatıb. Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Əflatun Nemətzadənin quruluş verdiyi və türkdilli ölkələrin sənətçilərinin bir səhnəni bölüşdüyü operanın premyerası ötən il noyabrın 18-də Samsun şəhərində olmuşdu. Musiqisevərlər böyük maraqla məşhur qazax bəstəkarının opera yaradıcılığı ilə tanış olmuşdular.
Opera Türkiyədə bir sıra festivalların proqramına daxil edilib. Bu günlərdə tanınmış türk müğənnisi Leyla Gençer adına V İstanbul beynəlxalq festivalının açılış mərasimi də bu opera ilə gerçəkləşib. Operanın qastrol turu İstanbuldan sonra Bursa, Əskişəhərdə davam edib və Ankarada sona çatıb. Tamaşada Qırğızıstanın Əməkdar artisti Sadırbek Jumaşev, Qazaxıstanın “Astana operası”nın aparıcı solisti Julpr Qabdulina, Özbəkistandan Feryuza Yusupova, Başqırdıstanın Xalq artisti Svetlana Arqinbayeva və Tatarıstanın opera müğənnisi Regina Valiyev iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar