Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Norveç dramaturqu Henrik İbsenin “Kuklalar evi” psixoloji dramı əsasında hazırlanan tamaşaya ictimai baxış olub. Azərbaycan səhnəsində ilk dəfə tamaşaya qoyulan əsərə Tofiq Seyidov quruluş verib. Səhnə tərtibatçısı muxtar respublikanın Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Fətəli Axundzadədir.
Avropada yeni dramaturgiyanın yaradıcısı, sosial-psixoloji dramın banisi kimi tanınan Henrik İbsenin “Kuklalar evi” əsərində insanın daxili aləmi, sosial ziddiyyətlər, ümumbəşəri problemlər real hadisələrin inkişafı fonunda ortaya qoyulur. Tamaşada hadisələr vəkil Torvald Helmerin (Elnur Rzayev) ailəsinin yaşadığı evdə cərəyan edir. O, həyat yoldaşı Nora (Nurbəniz Niftəliyeva) ilə çox mehriban həyat sürürlər. Lakin hadisələrin inkişafında insanının mənəvi keyfiyyətinin, xüsusilə bu iki əsas obrazın xarakterinin açılması fonunda ictimai-bəşəri məsələlər gündəmə gəlir.
Səhnə əsərində Xalq artisti Şirzad Abutalıbov (Rank), Əməkdar artist Bəhruz Haxverdiyev (Kroqstad), aktrisalar Nazlı Hüseynquliyeva (Frü Linne), Zülfiyyə Zeynalova (Anne Marie), Şölə Novruzbəyli (xidmətçi), aktyor Anar Eyvazov (kuryer) və başqaları yer alıblar.
Baxışdan sonra muxtar respublikanın mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Xalq rəssamı Hüseynqulu Əliyev, xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov və başqaları tamaşa haqqında rəylərini bildiriblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar