“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi bölgə tamaşaçıları qarşısında mütəmadi çıxışlar edir. Kollektiv növbəti dəfə Qəbələ rayonuna səfər edib.
Qəbələ Mədəniyyət Mərkəzində milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Hekayəti-xırs quldurbasan” komediyası əsasında hazırlanmış tamaşa təqdim edilib.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir. Rolları aktyorlardan Şövqi Hüseynov, Natiq Fərzəliyev, Elnur Kərimov, Seyidşah Məmmədov və başqaları canlandırıblar. Tamaşa yerli teatrsevərlərin alqışları ilə qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar