Sumqayıt Dövlət Dram Teatrı Gürcüstana qastrola hazırlaşır. Teatrdan verilən məlumata görə, Kutaisi şəhəri merinin və Kutaisi Dövlət Gənclər Teatrının dəvəti ilə reallaşacaq səfərdə kollektiv Con Patrikin “Qocanı öldürməliyik” tamaşasını nümayiş etdirəcək.
Teatrın direktoru İslam Həsənovun sözlərinə görə, iyulun 6-dan 11-dək davam edəcək qastrol səfəri Çxaltubu şəhərində, məşhur dramaturq Otti İosilianinin xatirəsinə ithaf edilən tamaşa ilə başa çatacaq.
Sumqayıt teatrı həmçinin Hindistanda və Türkiyədə keçiriləcək festivala, Birləşmiş Ştatlara qastrol səfərinə dəvət alıb. Bu səfərlərin oktyabr-noyabr aylarında reallaşması gözlənilir.
Onu da qeyd edək ki, hazırda teatrda Xalq artisti, rejissor Mərahim Fərzəlibəyovun quruluşunda məşqləri davam edən Jan Anuyun “Antiqona” əsərinə iyulun 15-də daxili baxış olacaq. Rejissor Namis Şirməmmədovun quruluşunda səhnəyə qoyulan Hüseynbala Mirələmovun “Vicdanın hökmü” əsəri isə sentyabr ayında tamaşaçılara təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar