İyulun 2-də “Yuğ” Dövlət Teatrında Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin əsəri əsasında hazırlanmış "Misis və mister cəsəd" tamaşasının premyerası keçirilib.
Müəllifin “Dünyanın ən gözəl ölüsü” hekayəsi və “Gözlənilən bir qətlin tarixçəsi” povestinin motivləri əsasında rejissor Ər-Toğrulun quruluşunda təqdim olunan tamaşa maraqlı yozumu ilə seçilib.
55 dəqiqəlik tamaşanın quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatı Mələk Vəlizadə, rejissor assistenti Yaqut Paşazadədir. Əməkdar artist Yaqut Paşazadə (Luisa Santyaqo, Amid Qasımov (Santyaqo Nasar), Rasim Cəfər (Bayyardo San Roman), Könül Cəfərzadə (Anxela Vikario) və başqalarının iştirak etdiyi səhnə əsəri o biri dünyada keçirilən “Yeraltı gözəllik yarışması”ndan bəhs edir. Yarışmanın şərtlərinə görə, iştirakçılar dirildilib, bu dünyaya göndərilir. Sağ olarkən etdikləri əməlləri təkrarlayaraq, öz əməllərinə özləri qiymət verirlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar