Şuşa Dövlət Musiqili Dram Teatrı yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” tamaşasının premyerasına hazırlaşır. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın premyerası iyulun 11-də Azərbaycan Dövlət Musiqili Teatrında gerçəkləşəcək.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Firudin Məhərrəmov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Aygün Zeynalovadır. Rolları Püstəxanım Zeynalova, Teymur Məmmədov, Rasəf Mehdiyev, Nazir Rüstəmov, Mobil Qurbanov, Etibar Cəfərov, Məmməd Məmmədov və başqaları ifa edirlər.
Əli Əmirlinin 1999-cu ildə qələmə aldığı “Varlı qadın” komediyası indiyədək respublikamızın bir çox teatrlarında, eləcə də Tacikistanda, Qırğızıstanda, Qazaxıstanda, Dağıstanda müxtəlif dillərdə tamaşaya qoyulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar