Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı iyunun 20-dən 23-dək Moskva vilayətinin Sergiyev qəsəbəsində rus kilsə monarxı Sergey Radonejskinin 700 illiyi münasibətilə keçirilən "Üçlükdə" adlı beynəlxalq teatr festivalında uğurla iştirak edib.
Teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovskinin quruluşunda Mixail Lermontovun eyniadlı pyesi əsasında hazırlanan "Maskarad" tamaşası izləyicilərin böyük marağına səbəb olub. Truppaya rus dili və teatr mədəniyyəti üzrə mövqelərinin möhkəmlənməsində xidmətlərinə və klassik əsərin uğurlu quruluş və ifasına görə fəxri diplom təqdim olunub.
Qeyd edək ki, truppa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə festivalda iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar