Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin ədəbi orqanı kimi son altı ildə davamlı olaraq hər rübdə nəşr olunan “Mingəçevir leysanı” ədəbi jurnalının 25-ci sayı oxucuların görüşünə gəlib. Əvvəlki saylarında olduğu kimi, jurnalda yenə çeşidli janrlarda qələmə alınmış əsərlər, yeni imzalar var.
Poeziya bölümündə Fəxrəddin Əziz, İsmayıl İmanzadə, Rəfael Dəmiroğlu, Mahir Hümbətoğlu, Sübhan Kəlbəcərli, Rəşid Rəsulov, Ruslan Ələkbərli, Ülviyyə Məmmədli, Fəxrəddin Sofulu və digər müəlliflərin şeirləri dərc edilib. Dünya ədəbiyyatından nümunə kimi Gi de Mopassanın “Kor”, eləcə də Qorxmaz Abdullanın “Qınamayın məni”, Sənan Abdullayevin “Balıqçı” hekayələri, Mehri Yağmur, Aytən Səfərova və Eyyub Cabbaroğlunun ədəbi esseləri də maraqlı yazılar arasındadır.
“Təzədən doğulur şair ölən gün” adlı yazı bu yaxınlarda dünyasını dəyişən el şairi Böyükkişi Təmkinə həsr olunub. Jurnalda həmçinin filologiya elmləri doktoru Vaqif Yusiflinin şair İsmayıl İmanzadənin yaradıcılığından söz açan “Ədəbi həyat”, Ramiz İsmayılovun “Şükranlıq” və Məmməd Mərzilinin “Sağlamlıq böyük nemətdir” adlı yazıları yer alıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar