Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestri Almaniyada keçirilən Qut-İmmlinq opera sənəti festivalında iştirak edir. Orkestr Avropanın mötəbər mədəniyyət tədbirlərindən olan bu festivalda artıq yeddinci dəfə qatılır.
Bavariyanın səfalı guşələrindən olan Qut-İmmlinqdə təşkil olunan ənənəvi festivalda bu il Avropanın bir çox ölkələri ilə yanaşı, ABŞ, Çin, Yaponiya, Türkiyə - ümumilikdə 38 ölkədən musiqiçilər dəvət alıb.
Opera və Balet Teatrının orkestri avqustun 10-da festivalın qala-konsertində çıxış edəcək. Qala-konsertdə Avropa bəstəkarları ilə yanaşı, Azərbaycanın ölməz bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun əsərləri də ifa olunacaq. Kollektivi festivalın bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofk və Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar