Xəbər verdiyimiz kimi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında xalq teatrlarının festivalı keçirilib.

Festivala avqustun 5-də Babək Rayon Xalq Teatrının təqdimatında böyük dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərinin tamaşası ilə yekun vurulub.
Səhnə əsərinin quruluşçu rejissoru Yusif Əliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərov, musiqi tərtibatçısı Elnur Rəhimovdur. 2012-ci ildə hazırlanan tamaşa kollektivin maraqlı səhnə əsərlərindəndir.
Festivalın bağlanışında muxtar respublikanın mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək bildirib ki, bu cür festivalların keçirilməsi teatra həvəs göstərən, yaradıcılıq qabiliyyəti olan insanların istedadının aşkara çıxarılmasında və formalaşmasında böyük əhəmiyyət daşıyır. Qeyd edilib ki, festival xalq teatrları üçün öz qüvvəsini və yaradıcılıq potensialını daha geniş tamaşaçı kütləsi qarşısında göstərmək nöqteyi-nəzərindən faydalı oldu və muxtar respublikada sənət mühitini daha da zənginləşdirdi. Kollektivləri geniş ictimaiyyətə tanıtmaq baxımından da bu tədbirin əhəmiyyəti az deyil.
Sonda xalq teatrlarına Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplomları təqdim edilib. Qeyd edək ki, festival Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il fevralın 7-də imzaladığı “Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” sərəncamına uyğun olaraq reallaşıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar