Londonda Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesi əsasında eyniadlı tamaşanın Avropa premyerası keçiriləcək. Yazıçının 100 illiyinə həsr olunmuş tamaşa Aloff Teatrı tərəfindən hazırlanır və 9- 27 sentyabr tarixləri arasında hər gün olmaqla Londondakı "LOST" Teatrında göstəriləcək. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Filiz Özcandır. İngilis dilində ilk səhnə quruluşu olan pyesin tərcüməçisi Aloff Teatrının prodüseri Sənan Əliyevdir.
Tamaşada britaniyalı aktyorlar Zara Pleassard, Doug Devaney, Stephanie Harte, Karl Niklas, Helen Coles rol alıblar. Nakam bir məhəbbət, həyat yollarında iki tənha şəxs. Onların adətlərə meydan oxuyan könül birliyi bizi belə bir suala cavab axtarmağa vadar edir: Məgər yalnızlığın cavabı sevgidədirmi?
İlk dəfə 1964-cü ildə səhnələşdirilən tamaşanın rezonansları bu gün də güclü və zamanımızla səsləşəndir. Pyes bizə həyatımızın müxtəlif mərhələlərində sevginin necə müxtəlif formalar aldığını və dünyanın buna reaksiyasını göstərir.
Qeyd edək ki, Aloff Teatrı Londonda fəaliyyət göstərən müstəqil teatr təşkilatıdır. Teatrın məqsədi, ingilis auditoriyasına nadir hallarda təqdim olunan, mədəniyyətcə müxtəlif, formaca yenilikçi və canlı tamaşalar yaratmaqla mədəniyyətlərarası mübadilədə rol oynamaqdır.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar